• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşları istəklərinə əsasən fərdi şəkildə qəbul edib


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu söyləməyə əsas verir ki, bu gün ölkəmizdə bütün sahələrdə vətəndaş amili ön plana çəkilir. Eyni zamanda dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş məmnunluğunun təmin olunması hər bir dövlət məmuruna örnəkdir. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən daha bir qrup vətəndaşı fevralın 21-də qəbul edib, müxtəlif məzmunlu müraciətlərini dinləyib. 

Qazax şəhər sakini Həsənova Donara Məmmədhüseyn qızının, Xanlıqlar kənd sakinləri Babayeva Mətanət Azad qızının, 2-ci qrup Qarabağ müharibəsi əlili Balayev Əziz Allahverdi oğlunun, Qarapapaq kənd sakini Yusubov Elşad Kamil oğlunun, Çaylı kənd sakini Babayeva Aysel Abil qızının, Bala Cəfərli kənd sakini Mehtiyeva İradə Hacıtağı qızının, Birinci Şıxlı kənd sakini, şəhid atası Nəsibov Səməd Məhəmməd oğlunun, Yuxarı Salahlı kənd sakini Bayramov Etibar Əhməd oğlunun müxtəlif məzmunlu müraciətlərini dinləyib. Hər zaman olduğu kimi bundan sonra da vətəndaş məmnunluğunun əsas götürüləcəyini, qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını bildirib.

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş