• Təqvim

  • Maraq



Qazax RİH-də bu gün növbəti vətəndaş qəbulu olub


Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə vətəndaşlara göstərilən diqqət, qayğı hər bir dövlət məmuruna nümunədir. Örnək olmaqla yanaşı, həm də ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqaməti olması deməkdir. Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bu məqsədə xidmət edir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədi daşıyır. Bu həftə ərzində müraciət etmiş daha 11 nəfər vətəndaşın istəyi fevralın 10-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşlara layiqli xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etməkdir. Ən əsası da dövlət məmuru bunu öz əməli işində göstərməlidir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 


Sonra Qazax şəhər sakinləri Əliyev Ədalət İsgəndər oğlununQuliyeva Qənirə Fərmayıl qızının, Quşçu Ayrım kənd sakinləri İsmayılov Musa İsa oğlunun, Qaracayeva Laçın Hidayət qızının, İkinci Şıxlı kənd sakini Orucova Pərvanə İsa qızının, Daş Salahlı kənd sakini Musayev Cavad Məhəmməd oğlunun, Xanlıqlar kənd sakini Hüseynova Ceyran İbrahim qızının, Hüseynbəyli kənd sakini Şabanova Güllüzar Namaz qızının, Aşağı Salahlı kənd sakini Hüseynov Məzahir Fərman oğlunun, Yuxarı Əskipara kənd sakini Bayramova Rəna Yusif qızının, Aşağı Əskipara kənd sakini Həsənov Front Oruc oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların elektrik sayğacına yazılmış əlavə borc, övladının müalicəsi, evinin yanması, istifadəsində olan çöl torpaq sahəsinin yenidən ona icarəyə verilməsinə icazə barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş