• Təqvim

  • Unutma

  • Maraq



Qazax RİH-də vətəndaşların müraciəti dinlənilib


Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı hər bir dövlət məmuruna örnəkdir. Bütün sahələrdə vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi onu söyləməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bu məqsədə xidmət edir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədi daşıyır. Bu həftə ərzində müraciət etmiş daha 20 nəfər vətəndaşın istəyi yanvarın 27-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Hər bir dövlət məmurunun vəzifə borcudur ki, vətəndaşlara layiqli xidmət göstərsin, vətəndaş məmnunluğunu təmin etsin. Ən əsası da dövlət məmuru olaraq çalışmalıyıq ki, bunu öz əməli işlərimizdə göstərək”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.


"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Abbasov Qurban Ağəli oğlunun, Kərimov Aqşin Aliq oğlunun, Məmmədova Mehriban Baba qızının, Məhərrəmova Tərlan İsaxan qızının, Pirvəliyeva Gülnarə İmran qızının, Salahov Şeyda Məhəd oğlunun, Nəsibov Məhəmmədəli Fikrət oğlunun, Mirzəyeva Zərqələm Hüseyn qızının, Qazaxbəyli kənd sakini Salmanov İmran Salman oğlunun, İkinci Şıxlı kənd sakini Abbasov Natiq Abbas oğlunun, Ağköynək kənd sakinləri İsrafilova Lamiyə Vilayət qızının, Süleymanova Səməngül Tağı qızının, Daş Salahlı kənd sakini Göyüşova Təranə Vahid qızının, Kosalar kənd sakini Orucova Lalə Cəbi qızının, Çaylı kənd sakinləri Aslanov Elşən Rafayıl oğlunun, Mehdiyeva Gülbəs Calal qızının, Xanlıqlar kənd sakini Mustafayeva Nazan Mahmud qızının, Bağanıs Ayrım kənd sakini Əsgərova Mətanət Mustafa qızının, Kəmərli kənd sakini Süleymanov Ramiz Nizami oğlunun, Birinci Şıxlı kənd sakini Süleymanov Kamran Mustafa oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların həyətyanı torpaq sahəsi ilə təmin edilməsində köməklik göstərilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş