• Təqvim

  • Maraq



Qazax RİH-də növbəti vətəndaş qəbulu olub


Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürmələri onu söyləməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri hər bir dövlət məmuru üçün örnəkdir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir. Bu həftə ərzində müraciət etmiş daha 13 nəfər vətəndaşın istəyi yanvarın 19-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


“Vətəndaşlara layiqli xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Ən əsası da dövlət məmuru olaraq çalışmalıyıq ki, bunu öz əməli işlərimizdə göstərək”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Əzizova Nəziyrə Dadaş qızının, Quliyeva Alidə Vaqif qızının, Namazlı Kəmalə Nəsib qızının, Orucova Samirə Ziyad qızının, Bağanıs Ayrım kənd sakini Həsənova Qənirə Hüseyn qızının, Xanlıqlar kənd sakinləri Əliyev Həmiddin Sadıx oğlunun, Mustafayev Mirzəli Ələddin oğlunun, Yuxarı Əskipara kənd sakini Əhmədova Güllər Məhəmməd qızının, Quşçu Ayrım kənd sakini Cəfərova Rübabə Abduləzim qızının, Çaylı kənd sakini Hüseynov Şahbaz Haxverdi oğlunun, Daş Salahlı kənd sakini Əsgərov Elmar İsgəndər oğlunun, Birinci Şıxlı kənd sakini İsmayılzadə Zakir İsmayıl oğlunun, Dəmirçilər kənd sakini İsmayılov Səyyar Şərif oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların vahid aylıq müavinətinin bərpa edilməsində, həyətyanı torpaq sahəsi, sığınacaqla təmin olunmasında köməklik göstərilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, həlli istiqamətində lazımi addımlar atılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş