İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə hər zaman vətəndaş amilini ön plana çəkmələri, vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna örnəkdir. Ən əsası da bu gün vətəndaş məmnunluğunun təmin olunması, bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Yanvarın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək müraciətlərini dinləyib.
Daş Salahlı kənd sakini, şəhid atası Kərimov Zakir Fəhlə oğlunun, Xeyrımlı kənd sakini, Vətən müharibəsi iştirakçısı və veteranı Abbasov Elvin Elçin oğlunun, Dəmirçilər kənd sakini Əsədova Günay Rövşən qızının müxtəlif məzmunlu müraciətlərini dinləyib. Hər zaman olduğu kimi bundan sonra da vətəndaş məmnunluğunun əsas götürüləcəyini, qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş