• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsində, eləcə də sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan qəhrəman oğulların təltif olunduqları orden və medalları ailə üzvlərinə təqdim edilib


2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi illər ötsə belə hər zaman qürurla, iftixarla xatırlanacaq. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük savaş örnək və nümunə götürüləcək. O Vətən müharibəsi ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində 44 gündə Azərbaycanın igid, qəhrəman oğulları tarixi torpaqlarımızı işğaldan azad etməklə əsl qəhrəmanlıq dastanı yazdılar. Bu gün ölkə vətəndaşı olaraq hər birimiz tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdarıq. 44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının, eləcə də sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan igid oğulların döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.

44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 199 orden və medallarla (onlardan 20-si orden, 179-u medal) təltif olundu. 2 nəfər “Qarabağ”, 5 nəfər “Azərbaycan Bayrağı”, 4 nəfər 3-cü dərəcəli “Rəşadət”, 9 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 592 orden və medallarla (onlardan 4-ü orden, 588-i medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib. Sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Şəhidlik zirvəsinə ucalan oğullarımız da orden və medallarla təltif olundular.

Dekabrın 29-da Vətən müharibəsi şəhidləri əsgər Omarov Elmar Elvar oğlunun, (MAHHXHQ) kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, əsgər Daşdəmirov Elfak Eltun oğlunun, (MAHHXHQ) çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, gizir Məmmədov Amid Müqabil oğlunun, (MAHHXHQ) çavuş Nəsibov Elməddin Yusif oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Şəhidlik zirvəsinə ucalan baş leytenant Kazımov Yunis Qasım oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, gizir Kərimov Azad Zakir oğlunun təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda" medalı şəhidlərimizin ailə üzvlərinə təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qazax Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları sahiblərinə çatdırıblar.

Birinci müavin Məmməd Alıyev şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağını, bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.

Övladlarının təltif olunduqları orden və medalları qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də şərəfli, qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”“Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”,  "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun ailəsi

Sağlığında “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Kəmərli kənd sakini, şəhid baş leytenant Kazımov Yunis Qasım oğlunun ailəsi

Sağlığında “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhd gizir Kərimov Azad Zakir oğlunun ailəsi


GOYEZEN.AZ



Facebook-da paylaş