Vətən müharibəsi medalları təqdim olunub
Respublika
mətbuatı Qazax haqqında 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ
müharibəsi hələ uzun illər yaddaşlarda qürurla, iftixarla xatırlanacaq. Azərbaycanın
hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük savaş hər zaman örnək və nümunə
götürüləcək. Şanlı ordumuzun rəşadəti sayəsində 44 gündə Azərbaycanın igid,
qəhrəman oğulları tarixi torpaqlarımızı işğaldan azad etməklə əsl qəhrəmanlıq dastanı
yazdılar. Bu gün ölkə vətəndaşı olaraq hər birimiz tarixi Qələbənin müəllifi
olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər
və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə,
sağlamlıqlarını itirən qazilərimizə minnətdarıq. Haqq savaşında adlarını hərb tariximizə qızıl
hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri
qəhrəmanlıq, igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirildi. Vətən
naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq
görüldülər. Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da
Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın
azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 189 orden və
medallarla (onlardan 11-i orden, 178-i medal) təltif olundu. 246 nəfər
yaralanmış hərbi qulluqçudan 242 nəfəri 590 orden və medallarla (onlardan 4-ü
orden, 586-sı medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu
- mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib. Qazaxda daha dörd Vətən müharibəsi şəhidinin - baş
leytenant Hüseynov Nəbi Hacıbala oğlunun təltif olunduğu "Xocavəndin azad olunmasına görə”, gizir Məmmədov Səbuhi Hümbət oğlunun təltif olunduğu "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu "Xocavəndin azad olunmasına görə”, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif
olunduğu "Xocavəndin
azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları şəhidlərimizin ailələrinə təqdim olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsində böyük
məsləhətçi Məhəmməd Xəlilli, Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax
Rayon Şöbəsinin rəisi Tural Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə
görüşüb, medalları sahiblərinə çatdırıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhidlərimizin
hər zaman bizim fəxr, qürur yerimiz olacağını, bugünkü qələbəmizi, qalib
ölkənin vətəndaşı olmaq sevincini şəhidlərimizə və sağlamlığını itirən
qazilərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın 30 illik yurd həsrətinə 44
gündə son qoyan Vətən müharibəsində əldə
etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna,
şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuzu qeyd edib. Dövlətimiz,
ölkə başçısı tərəfindən Vətən uğrunda
sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən
şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın
şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan
sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib. Övladlarının təltif olunduqları medalları
qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman
övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu
qədər də şərəfli, qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra
Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə
əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün
təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən
qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 23 fevral 2022-ci il, səhifə 8
Facebook-da paylaş