• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, ölkəmizdə hər bir vətəndaş üçün yaradılmış gözəl şəraitə görə Sizə təşəkkür edirik”


Nailə Mustafayevadan, 

Hörmətli cənab Prezident.

Mən Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin bacısıyam. Dayısının yolunu davam etdirən oğlum Rüfət Mustafayev də 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsinin başlanması ilə əlaqədar Sizin səfərbərlik çağırışınıza səs verərək müharibədə iştirak etmişdir.

Cənab Prezident, Sizin tapşırığınızla regionlarda dövlət qurumlarının rəhbərləri tərəfindən keçirilən səyyar qəbullar biz vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bunlar Sizin xalqa qayğınızın sübutudur.

Mən oğlumun Daxili İşlər Nazirliyində işlə təmin olunması üçün müraciət etmişdim və məsələ öz müsbət həllini tapdı.

Cənab Prezident, ölkəmizdə hər bir vətəndaş üçün yaradılmış gözəl şəraitə görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Mustafayeva Nailə Zirəddin qızı

Azərbaycan Respublikası, Qazax rayonu.

https://president.az/az/articles/view/57101



Facebook-da paylaş