• Təqvim

  • Maraq



Qazaxda hüquq-mühafizə orqanlarının rəhbərləri sərhəddə hərbçilərlə görüşüblər


Sentyabrın 3-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri sərhəddə hərbçilərlə görüşüblər.

Hərbçilərimizlə birlikdə nahar edərək rayon rəhbərinin salamını çatdırıblar. Hər birimizin onlarla qürur duyduğumuzu qeyd edərək çətin və şərəfli işlərində uğurlar arzulayıblar. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu bildiriblər. 


GOYEZEN.AZ



Facebook-da paylaş