Qazaxda Xalq şairi Məmməd Arazın poeziya günü keçirilib
Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan start götürüb. Azərbaycan Yazıçılar Birliyinin (AYB), Respublika Bilik Cəmiyyətinin təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, AYB Qazax zona filialının üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, məktəblilər və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Gənclər Mərkəzində davam edən tədbir Xalq şairinin öz ifasında səslənən şeirin oxunması ilə başlayıb.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. “Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm”, - deyən şair səmimi və zəngin bir yaradıcılığa malikdir. Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında Vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığın nüvəsində dayanır.
İcra Başçısı bildirib ki, Xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdi. Bu görkəmli söz ustadının xatirəsi həmişə əziz tutulur.
Aparıcı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Bildirib ki, Məmməd Arazın yaradıcılığında Vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, Azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlmə yazan deyiləm”, - deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır.
Poeziya günlərinin ideya müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaşxan Əzizxanlı çıxış edərək qeyd edib ki, üçüncü dəfə təşkil olunan Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir. Aprelin 20-dən etibarən Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif şəhərlərində davam edəcəkdir.
Layihə rəhbəri bildirib ki, “Bu il mərhum şairin anadan olmasının 85 ili tamam olur. Bu münasibətlə Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında onun şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirməkdən ötrü müsabiqə keçirilib. Qaliblər məlumdur. Bu gün həmin müsabiqə qaliblərinin çıxışları olacaq, qaliblər diplom və hədiyyələrlə təltif ediləcəkdir.
AYB Qazax zona filialının aparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu öz çxışında şair və yazıçılara, söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksək səviyyədə keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.
Tədbirdə Əməkdar artistlərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və Yaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxuyublar.
Sonra söz poeziya günlərinin tərkibinə daxil olan “Məmməd Araz poeziya müsabiqəsi”nin iştirakçılarına verilib. Müsabiqənin qalibi və iştirakçısı olmuş məktəblilər Xalq şairinin bir-birindən zəngin olan şeirlərini oxuyub, öz bacarıqlarını nümayiş etdiriblər. Şairin “Qalx ayağa, Azərbaycan” şeirini tədbir iştirakçıları ayaqüstə, alqışlarla qarşılayıblar.
Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, layihə rəhbəri Qardaşxan Əzizxanlı və digər qonaqlar Bilik Fondu tərəfindən təsis edilmiş Diplomları və hədiyyələri müsabiqə qaliblərinə təqdim ediblər.

Elçin İSMAYIL
Facebook-da paylaş