• Təqvim

  • Maraq



Qazaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib YENİLƏNƏCƏK


Müstəqil Azərbaycanın ən yeni tarixinin daha bir əlamətdar hadisəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində, haqq savaşında tarixi Qələbə qazanmış qalib xalqın nümayəndələri olaraq qeyd edirik. Bu, 15 İyun - Milli Qurtuluş Günüdür. Bu əlamətdar gün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə  qeyd olunur.

Növbəti tədbir iyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan  Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, məktəb direktorları, YAP Qazax Rayon Təşkilatının işçiləri, Ərazi partiya təşkilatının sədrləri və fəalları, YAP-nın vəsiqələri təqdim olunacaq gənclər, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Dahi rəhbərin adını daşıyan mərkəzdə həyat və fəaliyyətindən bəhs edən filmə baxıb, ölməz şəxsiyyətə olan ehtiramlarını bildiriblər.

Sonra YAP Qazax Rayon Təşkilatının iclas zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin və 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı işğaldan azad edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şirin canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq  iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı” ordenli, gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi ərazi partiya təşkilatının sədri Vüsal Hüseynov çıxış ediblər. Natiqlər 1993-cü ilin iyun ayında ölkəmizdə cərəyan edən hadisələrdən, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missyasından, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətlərindən, müstəqil Azərbaycanın mövcud reallıqlarından ətraflı danışıblar.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənc partiya üzvlərinə təntənəli şəkildə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Nərgiz  Səttərova, Afiq  Qasımov, Təhminə İsmayılova Ulu Öndərə və Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər söyləyiblər.












































 

GOYEZEN.AZ



Facebook-da paylaş