Vətəndaşların müxtəlif səpkili müraciətləri dinlənilib
Bu gün əminliklə söyləyə bilərik ki, Respublika Prezidenti
İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında
vətəndaş amili dayanır. Bu, hər bir işdə vətəndaş məmnunluğunun əsas
götürülməsində özünü aydın şəkildə göstərir. Hər bir dövlət məmuruna nümunə olan
bu amil Qazaxda da əsas götürülür. Rayon rəhbərliyi tərəfindən vətəndaşlar fərdi
və ya ümumi şəkildə qəbul edilirlər. Bu həftə ərzində müraciət etmiş daha bir qrup
vətəndaşın istəyi mayın 27-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin
iştirakı ilə dinlənilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Məmməd Alıyev Qazax şəhəri, eləcə də rayonun Xanlıqlar, Canalı, Qazaxbəyli, Çaylı,
Bağanıs Ayrım, Kosalar, Məzəm, İkinci Şıxlı kəndlərindən olan 16
nəfər vətəndaşın müraciətini dinləyib. Vətəndaşların
işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab
olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq
filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan boş
vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.
Vətəndaşların sığınacaqla
təmin olunmasına, torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsinə, ünvanlı sosial yardımın, əlillik dərəcəsinin təyin
olunmasına köməklik göstərilməsi, pay torpaq sahəsinə gedən yolun bağlanması, eləcə də digər müxtəlif
səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər
bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib. GOYEZEN.AZ
Facebook-da paylaş