• Təqvim

  • Maraq



Həftə ərzində müraciət etmiş vətəndaşlar bu gün idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul ediliblər


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş vətəndaşlar aprelin 22-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə ümumi şəkildə qəbul ediliblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amilinin bundan sonra da hər bir işdə əsas götürüləcəyini vurğulayıb. Bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını bildirib. İcra başçısı vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını vurğulayıb. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını bildirib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra şəhər, eləcə də rayonun Barxudarlı,Çaylı, Qarapapaq, Orta Salahlı, Cəfərli, Qazaxbəyli, İkinci Şıxlı, Xanlıqlar kəndlərindən olan 22 nəfər vətəndaşın müraciətləri dinlənilib.

Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

























GOYEZEN.AZ



Facebook-da paylaş