• Təqvim

  • Maraq



Həftə ərzində müraciət etmiş vətəndaşlar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə dinləniliblər


Artıq 1 aydır ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu həyata keçirilir. Vətəndaşlar ərizə və şifahi müraciətlərinə əsasən əvvəlki tək fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş vətəndaşlar aprelin 8-də idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümumi şəkildə qəbul edilərək müraciətləri dinlənilib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, bundan sonra da ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin təməlində dayanan vətəndaş amilinin əsas götürüləcəyini qeyd edib. Bugünkü qəbulun da bu məqsədə xidmət etdiyini bildirib. İcra başçısı ilk gündən sakinlərə olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının necə vardısa, bundan sonra da əvvəlki tək olacağını vurğulayıb. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasında, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsində, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsində, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullarda hər zaman vətəndaş məmnunluğunun əsas götürüldüyünü bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər hansı bir məsələyə həssaslıqla baxmalı olduqlarını bildirib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

 

Sonra şəhər, eləcə də rayonun Daş Salahlı,  Kosalar, Yuxarı Əskipara, Dəmirçilər, Aşağı Salahlı, Ağköynək, Çaylı, Kəmərli, Barxudarlı, Aslanbəyli, Cəfərli, İkinci Şıxlı kəndlərindən olan 28 nəfər vətəndaşın müraciətləri dinlənilib.

Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, "Azərxalça” ASC-nin Qazax filialında, eləcə də Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.































 

GOYEZEN.AZ



Facebook-da paylaş