• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusilə də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da olduğu kimi icra olunur. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının əsasında məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən həyata keçirilir. 

Aprelin 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı növbəti dəfə fərdi şəkildə qəbul edib.

Qazax şəhər sakinləri Mustafayev Bilal Maqsud oğlunun, Həsənov Cəfər Mədəd oğlunun, Əsgərova Ramilə Rəmzi qızının, Çaylı kənd sakinləri Mirzəyeva Qızbəs Mehralı qızının, Aslanov Arif Bilal oğlunun, Haqverdiyeva Tamaşa Namaz qızının, Xanlıqlar kənd sakini Süleymanova Zülfiyyə Səyyad qızının, Daş Salahlı kənd sakini Əlvəndov Eldəniz Mustafa oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq "Saloğlu” mebel fabrikində iş təklif olunub, digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.





 

GOYEZEN.AZ



Facebook-da paylaş