Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət
siyasətinin ana xəttini təşkil edən vətəndaş
amili son 4 ildir ki, Qazaxda da ön plana çəkilir. Görülən bütün işlərin kökündə
vətəndaş mövqeyi, onların müraciəti dayanır. Bu gün tam əminliklə söyləyə
bilərik ki, qazaxlılar ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və
tövsiyələrin Qazaxda da olduğu kimi icra olunmasının şahidi olur. İcra
başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti,
vətəndaşlara göstərdiyi diqqət və qayğısı necə vardısa, bu gün də elə davam
edir. İstər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı
səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı
ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi
şəkildə keçirilən qəbullar da bunun bariz nümunəsidir. Vətəndaşlara olan
diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə
ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla
yanaşılacağını yaxşı bilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi
şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Hüseynbəyli kənd sakini İmanova Zivər Saday qızının və
Abbasbəyli kənd sakini Məmmədrzayeva Aksana Elman qızının işlə bağlı
müraciətinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında iş təklif olunub. Xanlıqlar kənd sakini Həsənov Heydər Arşimed oğlunun,
Çaylı kənd sakini Məmmədov Əliabbas Söhrab oğlunun, şəhər sakinləri Qocayeva
Güldəstə Yanvar qızının, Bayramov Teymur İbrahim oğlunun, Budaqova Tamella
Kamil qızının, Məmmədova Minayə Taplan qızının, Adamov Akif Hətəm oğlunun, Əlizadə
Yusif İsmayıl oğlunun, Cəfər-Nəcəf Zərinə Şahmalı qızının müxtəlif səpkili müraciətlərini müvafiq olaraq cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş