Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


5-03-2020, 21:08


Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş amili son 4 ildir ki, Qazaxda da ön plana çəkilir. Görülən bütün işlərin kökündə vətəndaş mövqeyi, onların müraciəti dayanır. Bu gün tam əminliklə söyləyə bilərik ki, qazaxlılar ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi icra olunmasının şahidi olur. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı necə vardısa, bu gün də elə davam edir. İstər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da bunun bariz nümunəsidir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Hüseynbəyli kənd sakini İmanova Zivər Saday qızının və Abbasbəyli kənd sakini Məmmədrzayeva Aksana Elman qızının işlə bağlı müraciətinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında iş təklif olunub.

Xanlıqlar kənd sakini Həsənov Heydər Arşimed oğlunun, Çaylı kənd sakini Məmmədov Əliabbas Söhrab oğlunun, şəhər sakinləri Qocayeva Güldəstə Yanvar qızının, Bayramov Teymur İbrahim oğlunun, Budaqova Tamella Kamil qızının, Məmmədova Minayə Taplan qızının, Adamov Akif Hətəm oğlunun, Əlizadə Yusif İsmayıl oğlunun, Cəfər-Nəcəf Zərinə Şahmalı qızının müxtəlif səpkili müraciətlərini müvafiq olaraq cavablandırıb.





 

GOYEZEN.AZ


Geri qayıt