Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin yürütdüyü dövlət
siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin
vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda birmənalı
şəkildə icra edilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə
olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının
əsasında məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır.
Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə
operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq
istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli
istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu
deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara
göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra
Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə
həssaslıqla yanaşılacağını yaxşı bilir. Respublikamızın hər yerində olduğu kimi,
Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il
tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu
yenidən həyata keçirilir.
Aprelin 6-da Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir
qrup vətəndaşı növbəti dəfə fərdi şəkildə qəbul edib. Qazax şəhər
sakinləri Xudiyeva
İlhamiyə Mühüd qızının, Abdulzadə Nurlanə Eldar qızının, Fərəhli kənd sakini Nəbiyeva
Məleykə İsgəndər qızının, Ağköynək kənd sakini Hacıyev Əfqan Çingiz oğlunun, Çaylı kənd sakini Pirverdiyeva Afət Cəlal qızının, Qarapapaq kənd
sakini Nəbiyeva Reyhan Niyazi qızının, Quşçu Ayrım kənd sakini Namazov Elçin
Yolçu oğlunun müraciətləri dinlənilib. Vətəndaşların
işlə bağlı müraciətlərinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax
filialında iş təklif olunub, digər müxtəlif
səpkili müraciətləri isə müvafiq
olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş