İcra başçısı həftə ərzində müraciət etmiş vətəndaşları idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul edib
Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev
tərəfindən yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması,
vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün nümunə
olmalıdır. Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşlar fərdi
və ya ümumi şəkildə qəbul edilirlər. Bu həftə ərzində müraciət etmiş daha bir qrup
vətəndaşın istəyi mayın 12-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin
iştirakı ilə dinlənilib. "Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara göstərdiyi
qayğı, sakinlərə olan səmimi münasibəti hər bir dövlət məmuru üçün örnəkdir”, -
deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu
amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini vurğulayıb.
Bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını bildirib. İcra başçısı
vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və
qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi,
şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə
operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq
istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli
istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların
arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını söyləyib.
"Hər bir dövlət məmuru birmənalı şəkildə
bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”,
- deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də
xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də
şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə
yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla
baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq
tapşırıqlarını verib. Sonra şəhər, eləcə də rayonun Cəfərli,
Qarapapaq, Aşağı Əskipara, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli,
Sofulu, Xeyrımlı, Çaylı, Kosalar kəndlərindən olan 15 nəfər vətəndaşın
müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab
olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq
filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində,
eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması
üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların torpaq sahəsi, sığınacaqla
təmin olunma, ünvanlı sosial yardım və əlillik dərəcəsinin təyin olunmasına
köməklik göstərilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri
isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş