• Təqvim

  • Maraq



Bu gün həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaş idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarına əsasən 6 mart tarixindən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş vətəndaşlar aprelin 29-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

 

lkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi hər bir dövlət məmuru üçün örnəkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini vurğulayıb. Bugünkü qəbulun da məhz bu məqsədə xidmət etdiyini bildirib. İcra başçısı vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını söyləyib.


"Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra şəhər, eləcə də rayonun Cəfərli, Xanlıqlar, Aslanbəyli, Yuxarı Əskipara, Dəmirçilər, Çaylı, Aşağı Əskipara, Ağköynək, Fərəhli, Quşçu Ayrım, Canalı, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı kəndlərindən olan 26 nəfər vətəndaşın müraciətləri dinlənilib.

Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.




























 

GOYEZEN.AZ



Facebook-da paylaş