Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müxtəlif səpkili müraciətləri dinlənilib

Vətəndaşların müxtəlif səpkili müraciətləri dinlənilib


27-05-2022, 12:34


Bu gün əminliklə söyləyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, hər bir işdə vətəndaş məmnunluğunun əsas götürülməsində özünü aydın şəkildə göstərir. Hər bir dövlət məmuruna nümunə olan bu amil Qazaxda da əsas götürülür. Rayon rəhbərliyi tərəfindən vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaşın istəyi mayın 27-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax şəhəri, eləcə də rayonun Xanlıqlar, Canalı, Qazaxbəyli, Çaylı, Bağanıs Ayrım, Kosalar, Məzəm, İkinci Şıxlı kəndlərindən olan 16 nəfər vətəndaşın müraciətini dinləyib.

Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların sığınacaqla təmin olunmasına, torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsinə, ünvanlı sosial yardımın, əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərilməsi, pay torpaq sahəsinə gedən yolun bağlanması, eləcə də digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.



















GOYEZEN.AZ


Geri qayıt