Həftə ərzində müraciət etmiş vətəndaşlar idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul ediliblər
Bu gün cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə
yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş
məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna nümunə olmalıdır.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri
tərəfindən vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər. Bu həftə ərzində müraciət etmiş daha bir qrup
vətəndaşın istəyi mayın 19-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin
iştirakı ilə dinlənilib. "Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan
qayğısı, səmimi münasibəti hər bir dövlət məmuru üçün örnəkdir”, - deyən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan
sonra da hər bir işdə əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü
qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin,
vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək
olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən
görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının,
vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış
keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq
verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən
qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. "Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət
məmuru birmənalı olaraq bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən
məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə,
müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq
vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına
qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir
məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti
üzrə müvafiq tapşırıqlarını verib. Sonra şəhər, eləcə də rayonun Ağköynək, İkinci
Şıxlı, Daş Salahlı, Dəmirçilər, Yuxarı Əskipara, Çaylı kəndlərindən olan
17 nəfər vətəndaşın müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab
olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq
filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində,
eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması
üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların müalicə, ünvanlı sosial
yardım və əlillik dərəcəsinin təyin olunmasına, sığorta pulunun ödənilməsinə köməklik
göstərilməsi, mənzillə təmin olunma, eləcə də digər müxtəlif
səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş