İcra başçısı əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub
Hər kəsə yaxşı məlumdur ki, ADA Universitetinin
"Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər
Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın
1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab
edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və
tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma
işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi
bina yeni görkəm alacaq. Bu gün qürurla deyə bilərik ki, ADA Universitetinin
"Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi
sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun
yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda tarixi bina kimi gələcək
nəsillərə bir ərmağan olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər
bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində,
Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun
bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq,
ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə
layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Hər
bir qazaxlı üçün qürurverici olan bu nümunəvi təşəbbüsə görə ADA
Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən
insanlara sonsuz minnətdarlıq ifadə olunur.
Mayın 19-da Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının
məsul şəxsləri ilə birlikdə Qazax Müəllimlər Seminariyasında görülmüş
işlərin mövcud vəziyyəti ilə tanış olub. Seminariyanın tikinti sahəsinin
rəisi Muxtar Həmidov rayon rəhbərinə görülmüş işlər barədə ətraflı məlumat verərək
bütün işlərin sürətlə davam etdirildiyini bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş