Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub

İcra başçısı əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub


19-05-2022, 21:31


Hər kəsə yaxşı məlumdur ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi bina yeni görkəm alacaq. Bu gün qürurla deyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda tarixi bina kimi gələcək nəsillərə bir ərmağan olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Hər bir qazaxlı üçün qürurverici olan bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur. 

 

Mayın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Müəllimlər Seminariyasında görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub.  

Seminariyanın tikinti sahəsinin rəisi Muxtar Həmidov rayon rəhbərinə  görülmüş işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini bildirib.





GOYEZEN.AZ


Geri qayıt