Qazaxda daha dörd çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulacaq
Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
altında qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqram”larına əsasən paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində
genişmiqyaslı quruculuq işləri aparılır. Son dövrlər bunu Qazaxda həyata
keçirilən abadlıq işlərinin timsalında aydın şəkildə görmək olar. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu”
ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən
qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması,
səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin
səliqəyə salınması bu dediklərimizin əyani sübutudur. Şəhərin Heydər
Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış
binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli
yaşayış binalarının həyətlərində aparılan işlər bu il də uğurla davam
etdirilir. Qazaxda daha dörd binanın - şəhərin Hüseyn Arif küçəsində yerləşən "Hərbi
şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində də su-kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün yeni asfalt örtüyü vurulacaq. Aprelin 29-da Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişindən
sonra yeni asfalt örtüyü vurulacaq həmin binaların həyətində görüləcək işlərlə
tanış olub. Görülməsi nəzərdə tutulan işlərlə maraqlanan icra başçısı aidiyyəti
üzrə müvafiq tapşırıqlarını verib. Ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparılması bina sakinləri tərəfindən də razılıq hissi ilə
qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq
edirlər. Məlumat üçün bildirək ki, 2018-ci ildə əsaslı şəkildə təmir olunan binaların dam örtüyü, elektrik və rabitə xətləri yenilənib. Bloklarda əsaslı təmir işləri aparılıb. Pilləkanların kənarında olan məhəcərlər düzülüb. Daxili və xarici fasad, blokların giriş qapıları, həyətlərdə olan oturacaqlar, binanın ətrafında olan dəmir məhəcərlər rənglənib. Bir sözlə, hərbçi ailələrinin yaşadıqları binalarda adlarına uyğun şərait yaradılıb. Bu gün isə binaların həyətində su və kanalizasiya sisteminin çəkilişi başa çatdığı
üçün asfalt örtüyü vurularaq, abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə
veriləcək. GOYEZEN.AZ
Facebook-da paylaş