İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun ildönümü ərəfəsində ailəsi ilə birlikdə məzarını ziyarət edib
Azərbaycan
tarixinə "Aprel döyüşləri” kimi daxil olan
dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli
qalibiyyət oldu. 6 il öncə
Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı Qələbə vaxtilə işğal
altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici
addım oldu. Bu gün Aprel döyüşlərinin altıncı ildönümünü 44 günlük Vətən
müharibəsində tarixi Qələbə qazanmış xalq olaraq qeyd edirik. Ərazi
bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz
xatirəsini böyük ehtiramla anırıq. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid
oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı
kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər
Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə
ucaldı. Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban oğlunun xatirəsi də hər zaman
əziz tutulur, rayon rəhbərliyi tərəfindən doğum və anım günlərində məzarı və
ailəsi ziyarət olunur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov kapitan Mühüd Orucovun doğulub
boya-başa çatdığı Fərəhli kəndində olub, ildönümü ərəfəsində onu bir daha yad
edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı
aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi, kapitan Samir Çobanov və şəhidimizin ailə üzvləri ilə birlikdə şəhidimizin kənd
qəbiristanlığındakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla
anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı
igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim qəlblərdə yaşadığını diqqətə
çatdırıb. Qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri
bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi
oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, 6 il öncə Aprel döyüşləri bütün
dünyaya sübut etdi ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Aprel döyüşləri düşmənə
ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq
uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycan
Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 27 sentyabrda başlayıb 10
noyabrda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində bir daha
sübut etdi. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində,
istərsə də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi
igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların
qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu
savaşda tarixi Zəfər qazandı. İcra başçısı qeyd edib ki, illər ötsə belə
şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da
artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim
ailəmizdir. Mühüd Orucov kimi qəhrəman oğullarımızı yad etmək, ailəsinə qayğı
ilə yanaşmaq hər birimizin borcudur”, - deyən rayon rəhbəri şəhidlərimizin
xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb.
Şəhidin atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. 44
günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni qürur hissi ilə xatırlayan
şəhid atası oğlu Mühüdün, eləcə də bütün şəhidlərimizin qisasının alındığını,
ruhlarının şad olduğunu bildirib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin
qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə
göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat
Tabor Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə
Fəxri Fərmanlarla və 5 medalla - "Hərbi
xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli
medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan
İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008,
2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə
bitirərək Sertifikatlar almışdır. Ailəli
idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı
il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik
zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük
izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19
aprel 2016-cı il tarixli Sərəncamı
ilə "İgidliyə
görə" medalı ilə təltif
edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi
tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli
kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi
çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant
Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə
həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı
kitab yazılmışdır. GOYEZEN.AZ
Facebook-da paylaş