İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun anasının ildönümündə məzarını ziyarət edib
Azərbaycan
tarixinə "Aprel döyüşləri” kimi daxil olan
dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli
qalibiyyət oldu. 5 il öncə
Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal
altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici
addım oldu. Fərəhli haldır ki, Aprel döyüşlərinin beşinci ildönümünü 44 günlük
Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu yaşadığımız dövrdə
qeyd etdik. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin
əziz xatirəsini böyük ehtiramla anırıq. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid
oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı
kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik
zirvəsinə ucaldı. Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban
oğlunun xatirəsi də hər zaman əziz tutulur, rayon rəhbərliyi
tərəfindən doğum və anım günlərində məzarı və ailəsi ziyarət olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı
Fərəhli kəndində olub, qəhrəman şəhidimizin ötən il dünyasını dəyişən anasının
ildönümündə məzarını ziyarət edib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və şəhidimizin ailə üzvləri, yaxınları ilə birlikdə igid
oğul böyüdən Sima ananın və oğlu Mühüdün kənd qəbiristanlığındakı məzarlarını ziyarət edərək əziz
xatirələrini dərin ehtiramla anıb.
Şəhidimizin və anasının ruhuna dua oxunduqdan sonra
icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim qəlblərdə
yaşadığını bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının da
söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni
isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, 5
il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən
inkişaf edir. Bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin
vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi.
Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu
27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində də bir daha sübut etdi.
Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə
də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi igidliklər
hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində
haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər
qazandı. 8 noyabrda qeyd etdiyimiz Zəfərdə, 10 noyabrda düşmənin məcbur qalıb
kapitulyasiya aktını imzalamasında Mühüd kimi oğullarımızın payı var. Qəhrəman
oğullarımızın sayəsində düşmən Azərbaycan Ordusunun qarşısında diz çökdü. İcra başçısı qeyd edib ki, illər ötsə belə
şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da
artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim
ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan sonra da
yüksəkdə tutulacağını vurğulayıb. Sonra
icra başçısı oktyabrın 27-də ildönümü olan, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlununvə noyabrın 11-də ildönümü olacaq, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli
kənd sakini, şəhid kiçik
çavuş Məmmədov Əhməd Nazim oğlunun məzarlarını ziyarət edərək şəhidlərimizə
olan ehtiramını bildirib. İgid Vətən oğullarının illər ötsə belə hər zaman qəlbimizdə
əbədi yaşayacaqlarını bir daha vurğulayıb. Şəhid atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. 44
günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni, 8 Noyabrda qeyd etdiyimiz
şanlı Zəfəri qürur hissi ilə xatırlayan şəhid atası oğlu Mühüdün, eləcə də
bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhlarının şad
olduğunu bildirib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Kapitan Orucov Mühüd Qurban oğlu
Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin
qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə
göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat
Tabor Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə
Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan
İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008,
2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə
bitirərək Sertifikatlar almışdır. Ailəli
idi. Əkiz oğul övladı yadigar qalıb.
2016-cı
il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik
zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük
izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19
aprel 2016-cı il tarixli Sərəncamı
ilə "İgidliyə
görə" medalı ilə təltif
edilmişdir. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində
adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha
bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi
çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant
Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə
həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı
kitab yazılmışdır. Ölümündən sonra "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə”,"Füzulinin azad olunmasına görə” medalları
ilə təltif olunmuş, Fərəhli
kənd sakini, şəhid əsgər Daşdəmirov
Elfak Eltun oğlunun məzarı Ölümündən sonra "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə”,"Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd
sakini, şəhid kiçik çavuş Məmmədov
Əhməd Nazim oğlunun məzarı
GOYEZEN.AZ
Facebook-da paylaş