• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib


2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Sülh yolu ilə getmək istəməyən erməni terrorçuları məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizləndi. 30 illik həsrətdən, ayrılıqdan sonra düşmən tapdağında, işğal altında qalan ərazilərimiz bir–birinin ardınca azad edildi. Bu gün işğaldan azad edilən ərazilərimizdə, şəhər və kəndlərdə, strateji yüksəkliklərdə şəhidlərimizin qanı bahasına üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə bir ömür boyu borclu və minnətdar olmalıyıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.

Martın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən İkinci Şıxlı Birinci Şıxlı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman Vətən oğullarının məzarları ziyarət olunaraq ruhlarına dua oxunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib.

"Nəinki dövlət məmuru, hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin xatirəsini əziz tutmalı, ailələrinə sahib çıxmalı, qayğı göstərməlidir. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, şəhidlərimizi bayram ərəfəsində də yad edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Rayon rəhbəri Vətən müharibəsində canlarından keçən şəhidlərimizlə təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu bir daha dilə gətirib. Fəxr yerimiz olan şəhidlərimizə, onların ailələrinə olan hörmət və ehtiramın bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.  

Şəhid kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, şəhid Babək Həsənovun anası Gülarə Həsənova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun məzarı


Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun məzarı



Ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun məzarı



 

Ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun məzarı


 

GOYEZEN.AZ



Facebook-da paylaş