Gənclər bu dəfə Dəmirçilər kəndinin Vətən müharibəsi şəhidləri gizir Tural Məmmədov və kiçik gizir Elcan Namazovun məzarlarını ziyarət ediblər
Şəhidlərimizi
tanıyaq və tanıdaq----------------------------------------------- 2020-ci
il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə şanlı səhifə kimi
yazıldı. Prezident Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq
düşmən tapdağında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44
günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın yurd
həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan
Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş meydanında
göstərdikləri şücaətlə bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan
xalqı öz əzəli torpaqlarına sahib çıxmaq iqtidarındadır və bu yolda bizi heç
bir qüvvə dayandıra bilməz. Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan 27
sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi. Və hər
kəs bir daha şahidi oldu ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!. Vətəndaş
olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı
düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan
yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və
yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur
duymalı, onları tanımalı və tanıtmalıyıq. Qazax
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda
canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin
ehtiramla anırlar. Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə noyabrın
4-də Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü canı, qanı
bahasına qoruyan, azadlığı uğrunda canından keçən Dəmirçilər kəndinin igid
oğulları – ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad
olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə
təltif olunmuş şəhid gizir Məmmədov Turan Nadir oğlunun və ölümündən sonra
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif olunmuş şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarlarını ziyarət ediblər. Şəhidlərimizin
məzarlarına tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını
bildiriblər. Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov 44 günlük Vətən
müharibəsində qanları ilə tarix yazan Tural, Elcan kimi igid oğullarımızın
xatirəsinin hər zaman əziz tutulacağını, qəlblərdə əbədi yaşayacaqlarını söyləyib.
30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş
Komandanın rəhbərliyi altında şanlı Ordumuz tərəfindən işğaldan azad
olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi
ilə xatırlandığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid
ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açaraq bugünkü
ziyarətin də məhz həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Gələcək
nəsillərə şəhidlərimizi tanıtmağın ən ümdə iş olduğunu vurğulayıb. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlu GOYEZEN.AZ
Facebook-da paylaş