Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə Dəmirçilər kəndinin Vətən müharibəsi şəhidləri gizir Tural Məmmədov və kiçik gizir Elcan Namazovun məzarlarını ziyarət ediblər

Gənclər bu dəfə Dəmirçilər kəndinin Vətən müharibəsi şəhidləri gizir Tural Məmmədov və kiçik gizir Elcan Namazovun məzarlarını ziyarət ediblər


4-11-2021, 20:46

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------------------------------------------


2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə şanlı səhifə kimi yazıldı. Prezident Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq düşmən tapdağında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın yurd həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş meydanında göstərdikləri şücaətlə bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib çıxmaq iqtidarındadır və bu yolda bizi heç bir qüvvə dayandıra bilməz. Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan 27 sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi. Və hər kəs bir daha şahidi oldu ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!.

Vətəndaş olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar.  

Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə noyabrın 4-də Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən Dəmirçilər kəndinin igid oğulları – ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid gizir Məmmədov Turan Nadir oğlunun və ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarlarını ziyarət ediblər.

Şəhidlərimizin məzarlarına tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.   

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan Tural, Elcan kimi igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını, qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz tərəfindən işğaldan azad olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi ilə xatırlandığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açaraq bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Gələcək nəsillərə şəhidlərimizi tanıtmağın ən ümdə iş olduğunu vurğulayıb. 

Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlu




Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlu

 



GOYEZEN.AZ


Geri qayıt