İcra başçısı Vətən müharibəsi qazisini müalicə aldığı xəstəxanada ziyarət edib
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün
davam edən Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Ali
Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı
xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə
səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın
hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin,
beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim
olduğunu göstərdi. Qazandığımız Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə
edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə,
yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş
olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında
canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı,
qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən
naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər
zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər
zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə
öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə
üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan
rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam
etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir,
qayğıları ilə maraqlanır. Yanvarın 10-da Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, amputasiya olunan ayağında
sümük uzanması səbəbindən təkrar əməliyyat olunan qazi Kənan Musayevi ziyarət edib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı
aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanovla birlikdə qazimizin səhhəti və qayğıları ilə
maraqlanıb. "Qazax Rayon Mərkəzi
Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsinin şöbə müdiri Binyamin
Abbasəliyev qazimizin
səhhəti barədə məlumat verərək əməliyyatın uğurla keçdiyini, əvvəlki problemin
bir daha yaşanmaması üçün əlindən gələni əsirgəmədiyini, hər cür kömək
göstərildiyini bildirib. 44 günlük Vətən
müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz
olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını
arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində
Azərbaycanın adını bütün dünyaya tanıdan Kənan kimi oğullarımızla hər birimizin
fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid
ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə,
onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun,
eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən
qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Qazi Kənan Musayev ölkə Prezidentinə, Birinci
vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə
göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qazi kimi dövlətin
qayğısını hər zaman hiss etdiyini bildirən Kənan Musayev bugünkü ziyarəti
dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib. Ona göstərilən
tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə,
tibb işçilərinə razılığını ifadə edib. Tibb işçiləri səmimi söhbət edən icra başçısı öz növbəsində istər 44
günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra yaralılarımıza, qazilərimizə
göstərilən qayğıya görə onlara minnətdarlığını bildirib. Rayon rəhbəri sonda bir
daha əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Kənan
kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib. Ölkə başçısının və
Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının
bundan sonra da örnək götürüləcəyini vurğulayıb. Məlumat
üçün qeyd edək ki, Musayev Kənan Nadir oğlu 15 noyabr 2001-ci ildə Qazax şəhərində
anadan olub. Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə təhsil
alıb. 08.01.2020-ci ildə Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsi tərəfindənhəqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunda "N” saylı hərbi hissədə
xidmət edib. 03.10.2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndində gedən
döyüşlərdə minaya düşüb. Əməliyyat olunaraq sol ayağın dizdən aşağı hissəsi amputasiya
olunub. Hərbi hissədən tərxis edilib. Kənan Musayevin döyüş meydanında göstərdiyi igidlik
Ali Baş Komandan tərəfindən də qiymətləndirilib. O, ölkə Prezidenti İlham Əliyevin 18 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü”, 29 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə
təltif olunub. Ailəlidir. GOYEZEN.AZ
44
günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur döyüşçü” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşoğullarımızdan biri də Vətən müharibəsi qazisi, Qazax şəhər sakini Musayev Kənan
Nadir oğludur.
Facebook-da paylaş