• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Həmin müzəffər ordu 44 günlük Vətən müharibəsində hərb tariximizə qızıl hərflərlə şanlı Qələbə yazmaqla Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Ən əsası da Ali Baş Komandan İlham Əliyevin yaratdığı Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri və adlarını qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin borcudur.

Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi və onların ailələrini hər zaman yad edir.

Öz ənənəsinə sadiq qalan idarənin əməkdaşları və könüllüləri 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Aşağı Əskipara və Ağköynək kəndlərindən şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, qəbirləri üstünə gül dəstələri düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

"Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun məzarı



"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid əsgər Qasımov Oruc Afiq oğlunun məzarı



"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlunun məzarı







Ağköynək kəndinin şəhid övladı kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun məzarı







Facebook-da paylaş