İcra başçısı 6 saylı Körpələr Evi-Uşaq bağçasında olub
Bu gün ölkəmizdə Prezident
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən
qayğı nəinki paytaxt Bakıda, eləcə də bütün bölgələrimizdə hiss olunur. İllər
öncə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti bu gün də dövlət
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”,
"Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”,
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası
təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın
bütün bölgələrində yeni məktəblərin,
körpələr evi-uşaq bağçalarının inşası, bununla bağlı imzalanan çoxsaylı
Sərəncamlar, həyata keçirilən layihələr də məhz bu məqsədi daşıyır. Ölkə başçısının regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində
Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Qazaxda uşaqlara
göstərilən qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər
təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə
cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon
rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara
göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda
yaradılan şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların keyfiyyətinə
xüsusi həssaslıqla yanaşılması bu dediklərimizi əyani şəkildə göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə
birlikdə şəhərdə fəaliyyət göstərən 6 saylı Körpələr
Evi-Uşaq bağçasında olub. Bağçada körpələr üçün yaradılan
şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının
mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı körpələrin
hər cür qayğıya, dəstəyə layiq olduğunu qeyd edib. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik
və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün
işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena
qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin
artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə
lazımi tapşırıqlarını verib. Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət
qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından
minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər
tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu
ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə
təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş