İcra başçısı şəhər bağçalarında olub
Bu gün cənab Prezident
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə
uşaq və yeniyetmələrə, gənclərə göstərilən qayğı bir daha
onu deməyə əsas verir ki, bu sahə hər zaman dövlət siyasətinin prioritet
istiqamətlərindəndir. İllər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş uşaq siyasətinin bu gün uğurla icra olunmasının nəticəsidir ki, Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”,
"Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”,
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar
təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın
bütün bölgələrində yeni məktəblərin,
körpələr evi-uşaq bağçalarının inşası, bununla bağlı imzalanan çoxsaylı
Sərəncamlar, həyata keçirilən layihələr də məhz bu məqsədə xidmət edir. Ölkə başçısının regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində
Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Qazaxda uşaqlara
göstərilən qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər
təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə
cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon
rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara
göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan
şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi
həssaslıqla yanaşılması bu dediklərimizi əyani şəkildə göstərir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 1,3,4,5 və 6 saylı Körpələr Evi-Uşaq bağçalarında olub,
mövcud vəziyyətlə maraqlanıb. Körpələr üçün yaradılan şəraitlə, uşaqların
davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti,
keyfiyyəti ilə yaxından tanış olan icra başçısı körpələrin hər cür qayğıya, dəstəyə
layiq olduğunu bildirib. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik
və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün
işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena
qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin
artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə
lazımi tapşırıqlarını verib. Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına
görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını
bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla
qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara
göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini
çatdırıblar. 1 saylı Körpələr Evi-Uşaq bağçası
3 saylı Körpələr Evi-Uşaq bağçası
6 saylı Körpələr Evi-Uşaq bağçası
GOYEZEN.AZ
Facebook-da paylaş