Vətəndaş məktubundan: “Xalq o zaman sevinir ki, onun Prezidenti ölkəsi və milləti naminə dünyəvi və bəşəri əhəmiyyətli uğurlara imza atır, ali mükafatlarla təltif olunur”
Yeganə Göyüşlüdən, Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizi və bütün xalqımızı möhtəşəm Zəfərimizin birinci
ildönümü və "Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə
ürəkdən təbrik edirəm. Bu təqdimat türk dünyasının liderlərindən birinin
məqsədinə, fəaliyyətinə verilən yüksək dəyərin və nəhəng məsuliyyətin
göstəricisidir. Bu Ali Ordenin bizim ölkənin Prezidentinə təqdim olunması
Azərbaycan vətəndaşlarına qürur və sevinc hissi yaşadır. Xalq o zaman sevinir
ki, onun Prezidenti ölkəsi və milləti naminə dünyəvi və bəşəri əhəmiyyətli
uğurlara imza atır, ali mükafatlarla təltif olunur. Ali Baş Komandanımızın əsgərləri olaraq, biz bu tarixi
və şərəfli missiyanın icrasında da birlikdəyik. Hər zaman dövlətimizin və
Prezidentimizin yanındayıq. Biz Sizinlə güclüyük! Hörmətlə, Yeganə Göyüşlü Azərbaycan Respublikası, Qazax şəhəri. 17 noyabr 2021-ci il
Facebook-da paylaş