Vətəndaş məktubundan: Cənab Prezident, Sizi və bütün xalqımızı ali məqsədlərimiz uğrunda yürütdüyünüz qətiyyətli siyasi mübarizənizin uğurlu nəticələri münasibətilə ürəkdən təbrik edirəm”
Yeganə
Göyüşlüdən, Möhtərəm cənab Prezident, Sizi və bütün xalqımızı ali məqsədlərimiz uğrunda
yürütdüyünüz qətiyyətli siyasi mübarizənizin uğurlu nəticələri münasibətilə
ürəkdən təbrik edirəm. Əlamətdar tarixi günlərimizdə düşünülmüş şəkildə
həyata keçirdiyiniz təməlqoymalar, imzaatmalar yazılı tariximizi yaşanan
şərəfli günlərlə daha da zəngin edir. 15 İyun – Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə
Azərbaycan Respublikası arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin
imzalanması dövlətçilik tariximizə növbəti möhtəşəm zəfər olaraq yazıldı. İki qardaş dövlətin, güvəndiyimiz və qürur duyduğumuz
iki dünya şöhrətli Türk liderinin niyyətlərinin, səylərinin və qətiyyətlərinin
bəhrə verdiyi tarixi gün oldu. Dörd bir yandan aldığımız ayrılıq adlı kəsik
yaralarımızı qaynaq edən, xalqlarımızın könül dünyasında uzun illər bəslədiyi
arzularını ərsəyə gətirən şanlı Türk sərkərdələri, möhtərəm Prezidentimiz İlham
Əliyev və Cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan! Dualarımız və şükranlarımız Sizinlədir, birliyimiz və
qardaşlığımız sarsılmasın! Tanrı Sizi qorusun! Hörmətlə, Göyüşlü Yeganə Göyçə qızı Azərbaycan Respublikası, Qazax rayonu. 19 iyun
2021-ci il
Facebook-da paylaş