Əsas Səhifə > Manşet / Təhsil > Vətəndaş məktubundan: “Xalq o zaman sevinir ki, onun Prezidenti ölkəsi və milləti naminə dünyəvi və bəşəri əhəmiyyətli uğurlara imza atır, ali mükafatlarla təltif olunur”

Vətəndaş məktubundan: “Xalq o zaman sevinir ki, onun Prezidenti ölkəsi və milləti naminə dünyəvi və bəşəri əhəmiyyətli uğurlara imza atır, ali mükafatlarla təltif olunur”


17-11-2021, 15:05


Yeganə Göyüşlüdən, 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi və bütün xalqımızı möhtəşəm Zəfərimizin birinci ildönümü və "Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Bu təqdimat türk dünyasının liderlərindən birinin məqsədinə, fəaliyyətinə verilən yüksək dəyərin və nəhəng məsuliyyətin göstəricisidir. Bu Ali Ordenin bizim ölkənin Prezidentinə təqdim olunması Azərbaycan vətəndaşlarına qürur və sevinc hissi yaşadır. Xalq o zaman sevinir ki, onun Prezidenti ölkəsi və milləti naminə dünyəvi və bəşəri əhəmiyyətli uğurlara imza atır, ali mükafatlarla təltif olunur.

Ali Baş Komandanımızın əsgərləri olaraq, biz bu tarixi və şərəfli missiyanın icrasında da birlikdəyik. Hər zaman dövlətimizin və Prezidentimizin yanındayıq.

Biz Sizinlə güclüyük!

Hörmətlə,

Yeganə Göyüşlü

Azərbaycan Respublikası, Qazax şəhəri.

17 noyabr 2021-ci il


Geri qayıt