Qazaxda Vətən müharibəsi şəhidi baş çavuş İsmayıl Qəsəbovun ildönümü qeyd olunub
Azərbaycan
xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin,
Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan
Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi Qələbəyə
imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi möhtəşəm Qələbənin,
8 Noyabrda qeyd etdiyimiz Zəfərin sevincini hər bir azərbaycanlı bu gün də
böyük qürur hissi ilə yaşayır. Ən əsası da qazandığımız bütün bu tarixi nailiyyətlərə
görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən
Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda
canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən
qazilərimizə bir ömür boyu minnətdar olacağıq. Vətən, torpaq,
yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə
ölümsüzlüyə qovuşan oğullarımızdan biri də Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmət etmiş şəhid
baş çavuş Qəsəbov İsmayıl Nəbi oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən
ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad
olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin uğrunda canını fəda
etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə
ucalmış İsmayıl Qəsəbovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin
ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü
mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, DİN-in Səfərbərlik
və Mülki Müdafiə İdarəsinin rəisi polis polkovniki Yaşar Nuriyev, Milli Məclisin
deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu
Musayeva, rayonun hüquq-mühafizə orqanlarının,
idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax
rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən
müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə
təhsil aldığı məktəbin müəllim və şagirdləri, ailə üzvləri, yaxınları, doğmaları,
kənd sakinləri iştirak ediblər.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz
xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Rayon
rəhbəri qazandığımız tarixi Qələbəyə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin
müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə
borclu və minnətdar olduğumuzu bildirib. "Qürurla qeyd etdiyimiz şanlı
Zəfərdə payı olan İsmayıl kimi qəhrəman oğullarımızla bu gün hər bir Azərbaycan
vətəndaşı fəxr edir, onların xatirəsini daim uca tutmaq, adını yaşatmaq hər
birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını
torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, İsmayıl Qəsəbovun da Azərbaycan
xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib.
Ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra
başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib.
Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam
etdiriləcəyini qeyd edib.
Şəhidimizin anası
Kəmalə Carçıyeva şəhid ailəsi kimi
hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Oğlunun xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını,
daim yad olunmasını İsmayılın timsalında bütün şəhid ailələrinə olan hörmət və
ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib. Baş çavuş Qəsəbov
İsmayıl Nəbi oğlu
Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə
Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam
orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci
ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı
Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini "N” saylı hərbi
hissədə davam etdirmişdir. DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də,
5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
(MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci
il tarixdə doğulub boya-başa çatdığı Çaylı
kəndindəki Şəhidlər xiyabanında izdihamla
dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar
qalıb. Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan
baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə
rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Şuşanın azad
olunmasına görə”, 24 iyun
2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Kəlbəcərin
azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad
olunmasına görə” medalları ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş