• Təqvim

  • Maraq



Qazaxda faşizm üzərində Qələbənin 72-ci ildönümü qeyd edilib

Qazaxda faşizm üzərində Qələbənin 72-ci ildönümü qeyd edilib
Qazax rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə toplantı keçirilib.

Toplantıda RİHB aparatının məsul işçiləri, Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə əmək veteranları, ağsaqqallar və KİV nümayəndələri iştirak edib.
Qazaxda faşizm üzərində Qələbənin 72-ci ildönümü qeyd edilib
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Qələbə Günü münasibətilə veteranları və xalqımızı təbrik edib, Böyük Vətən Müharibəsi veteranlarına Ölkə Prezidenti İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Böyük Vətən Müharibəsində Azərbaycandan 660 min nəfər iştirak etmiş. 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bu müharibəyə Qazax rayonundan 12510 nəfər səfərbər edilmiş, onlardan 5500 nəfəri döyüş səngərlərində qəhrəmancasına həlak olmuş və 3200 nəfəri isə itkin düşmüşdür. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdir.
Qazaxda faşizm üzərində Qələbənin 72-ci ildönümü qeyd edilib
Toplantıda Böyük Vətən Müharibəsi iştirakçılarından Xanqulu Süleymanov, Nəbi Nəbiyev, Hümbət Alıyev və başqaları çıxış edərək onlara göstərilən köməyə, diqqətə və qayğıya görə Ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli işlərin aparıldığını diqqətə çatdırıblar.
Qazaxda faşizm üzərində Qələbənin 72-ci ildönümü qeyd edilib
Sonra veteranlarla söhbət nahar süfrəsi arxasında davam etdirilib və xatirə şəkli çəkdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş