Qazax: Qəhrəmanlar ehtiramla yad olunur
Respublika mətbuatı Qazax şəhidləri haqqında Vətən müharibəsində, haqq savaşında qəhrəmancasına şəhid olan igid
oğullarımızdan biri də əsgər Qurbanov Davud Tariyel oğludur. Döyüşdə
göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən
sonra "Vətən uğrunda”, "Suqovuşanın
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunub. Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev,
müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya
Həsənova, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax
rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid
ailələri, şəhidimizin yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun
ildönümü mərasimində iştirak ediblər. Qəhrəman şəhidimizin Birinci Şıxlı kənd
qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək
ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 8 oktyabr
2021-ci il
Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin
adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan birinci
müavin Məmməd Alıyev Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə
"Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax
Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin
yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanında
Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan
əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən
abidə-kompleksinin yaradıldığını qeyd edib. Bu gün həmin
abidə-kompleksinin Şəhidlər xiyabanından
sonra hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrildiyini bildirib.
Facebook-da paylaş