Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax: Qəhrəmanlar ehtiramla yad olunur
Qazax: Qəhrəmanlar ehtiramla yad olunur8-10-2021, 09:49 |
Respublika mətbuatı Qazax şəhidləri haqqında
Vətən müharibəsində, haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də əsgər Qurbanov Davud Tariyel oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, şəhidimizin yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun ildönümü mərasimində iştirak ediblər. Qəhrəman şəhidimizin Birinci Şıxlı kənd
qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək
ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 8 oktyabr 2021-ci il Geri qayıt |