Vətəndaş məktubundan: “Cənab Prezident, Böyük Qayıdış işlərini həyata keçirən ölkəmiz gündən-günə çiçəklənəcəkdir”
Müseyib Musayev və başqalarından,
Çox hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Öncə Sizin rəhbərliyinizlə xalqımızın Vətən savaşında qazandığı möhtəşəm Qələbə münasibətilə şəxsən Sizi və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirik. Bu Qələbə bizim inamımızı özümüzə qaytardı. Keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir. Bu Qələbənin nə demək olduğunu biz, sərhədyanı ərazidə yaşayan sakinlər daha yaxşı hiss edirik.
Cənab Prezident, bizim kəndimiz mənfur qonşularımızla sərhədyanı ərazidə yerləşir. Bu münaqişənin bir çox ağrılarını öz üzərimizdə hiss etmişik. 1992-ci ildən mənfur qonşular kəndimizə gələn kanalın suyunu kəsdilər. Çətin günlərimiz başladı. Amma Ulu Öndərimizin fəaliyyəti nəticəsində kəndimizin suvarma suyuna olan ehtiyacı təmin edildi. Biz bunu böyük minnətdarlıqla xatırlayırıq.
Nəhayət 2017-ci ildə Sizin sərəncamınızla kəndimizdə daha iki subartezian quyusu qazıldı. Bu isə bizim suya olan ehtiyacımızı xeyli aradan qaldırdı.
Cənab Prezident, məhz Sizin qayğınızla kəndimiz öz problemlərini həll edə bilir. Bu günlərdə subartezianların işi daha da yaxşılaşdırılmışdır. Bütün bunlara görə Sizə bir daha dərin təşəkkürümüzü bildirir və inanırıq ki, Böyük Qayıdış işlərini həyata keçirən ölkəmiz gündən-günə çiçəklənəcəkdir. Çünki sükan etibarlı əllərdədir.
Hörmətlə,
Musayev
Müseyib Əsgər oğlu
İsayev
Ələkbər Əsgər oğlu
Məmmədov
Teymur İsmayıl oğlu
Alıyev Yaşar
Ağakişi oğlu
Nəbiyev Ariz
Rəşid oğlu və başqaları (28 nəfər)
Azərbaycan
Respublikası, Qazax rayonu, Alpout kəndi.
Facebook-da paylaş