• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin qabiliyyətiniz, siyasətiniz və müdrikliyiniz nəticəsində doğma Qarabağımız azad edildi”


Maya Eminova və başqalarından, 

Hörmətli cənab Prezidentimiz.

Bu gün xalqımız böyük sevinc və qürur hissi yaşayır. 44 günlük Vətən müharibəsindəki Zəfər təkcə Qarabağ üçün deyil, dövlətimizin daha da inkişafı üçün geniş imkan yaratdı. Sizin qabiliyyətiniz, siyasətiniz və müdrikliyiniz nəticəsində doğma Qarabağımız azad edildi. 30 illik torpaq həsrətimizə son qoydunuz. Bizə Zəfər Gününü yaşatdınız.

Sizin və birinci xanım Mehriban Əliyevanın gələcəyimiz olan körpə fidanlara göstərdiyiniz diqqət və qayğını görüb, bir valideyn olaraq çox sevinirik. Qazax rayonunda uşaq bağçalarının yenidən təmir olunması, müasir tələblərə uyğun şəraitin yaradılması, istilik sistemi və lazımi avadanlıqla təmin olunması Sizin körpələrimizə necə böyük önəm verməyinizin bariz nümunəsidir. Gələcəyin həkimi, hərbçisi, polisi, müəllimi olacaq körpələr bağçada yaradılmış münbit şərait, o cümlədən işinin peşəkarı olan tərbiyəçilər tərəfindən yüksək səviyyədə təlim-tərbiyə işləri aparılır. Biz Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasının valideyn komitəsinin üzvləri olaraq bağçaya tez-tez gedib-gəlirik.

Cənab Prezident, valideynlər olaraq Sizə öz dərin təşəkkürümüzü bildiririk. Sizə və Mehriban xanıma uşaqlarımıza, körpələrimizə təhsilin ilkin pilləsi olan məktəbəqədər təhsildə göstərdiyiniz bu diqqət və qayğıya görə "çox sağ ol” deyirik.

Hörmətlə,

Eminova Maya

Orucova Lalə

Bədəlova Şəfa

Həsənova Elnarə

Qədirova Şahənə

Vəliyeva Günay

Azərbaycan Respublikası, Qazax şəhəri.

16 sentyabr 2021-ci il



Facebook-da paylaş