• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin uzaqgörən daxili və xarici siyasətiniz, möhkəm iradəniz, əzminiz sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandıq”


Xasay Balayevdən, 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uzaqgörən daxili və xarici siyasətiniz, möhkəm iradəniz, əzminiz sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bütün dünya dövlətimizin gücünün, ordumuzun döyüş potensialının, xalqımızın birliyinin şahidi oldu.

Hörmətli Prezident, Siz Vətən müharibəsi iştirakçılarının xidmətlərini yüksək qiymətləndirir, onlara xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Müharibənin iştirakçılarından biri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü Mikayıl Abbasovun müalicəsi ilə əlaqədar Sizə etdiyimiz müraciətə operativ qaydada baxıldı və müvafiq kömək göstərildi. İctimai Birliyin çoxsaylı üzvləri adından Sizə minnətdarlığımı bildirirəm.

Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Xasay Balayev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri

Azərbaycan Respublikası, Qazax rayonu.

26 avqust 2021-ci il



Facebook-da paylaş