Vətəndaş məktubundan: “Cənab Prezident, 44 günlük Vətən müharibəsi zamanı əldə edilən Qələbə tariximizdə bənzəri olmayan qələbədir”
Minarə Rəhimovadan, Möhtərəm
cənab Prezident. Sizin 30 il
ərzində işğala məruz qalmış tarixi Azərbaycan torpaqlarının geri qaytarılması
üçün cəsarətli və qəti mövqeyiniz dövlətimizin tarixində şanlı salnamələr
yaratdı. 44 günlük Vətən müharibəsi zamanı əldə edilən Qələbə tariximizdə
bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiqdir. Bu tarix əbədi
yaşayacaqdır. Torpaqlarımızın işğaldan azad edilməsi həyatımızın bütün sahələri
ilə yanaşı tarix, ədəbiyyat, mədəniyyət və incəsənətimizin də inkişafına güclü
təkan verdi, bölgənin mədəni inkişafının yeni dövrünün təməli qoyuldu.
Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərində Ulu Öndər Heydər Əliyevin təkidi
və iradəsi nəticəsində ucaldılan Azərbaycan şairi, dövlət xadimi, Qarabağ
xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin Sizin göstərişinizlə yenidən
bərpa olunması, ənənəvi tədbirlərin, Vaqif Poeziya Günlərinin keçirilməsi
qayıdışımızın təntənəsinə çevrildi. Cənab
Prezident, Sizin dediyiniz kimi, dünyada ədalət var, sadəcə dözümlü olmaq
lazımdır. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə səbirlə,
fədakarlıq göstərərək ədaləti bərpa etdi. Biz bu torpaqlara müzəffər xalq kimi
qayıtmışıq və əbədi yaşayacağıq. Möhtərəm
Prezident, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Hörmətlə, Minarə
Rəhimova Azərbaycan
Respublikası, Qazax rayonu, Kəmərli kəndi. 7 sentyabr 2021-ci il
Facebook-da paylaş