Əsas Səhifə > Manşet / Təhsil > Vətəndaş məktubundan:

Vətəndaş məktubundan:


7-09-2021, 12:54


Minarə Rəhimovadan, 

Möhtərəm cənab Prezident.

Sizin 30 il ərzində işğala məruz qalmış tarixi Azərbaycan torpaqlarının geri qaytarılması üçün cəsarətli və qəti mövqeyiniz dövlətimizin tarixində şanlı salnamələr yaratdı. 44 günlük Vətən müharibəsi zamanı əldə edilən Qələbə tariximizdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiqdir. Bu tarix əbədi yaşayacaqdır. Torpaqlarımızın işğaldan azad edilməsi həyatımızın bütün sahələri ilə yanaşı tarix, ədəbiyyat, mədəniyyət və incəsənətimizin də inkişafına güclü təkan verdi, bölgənin mədəni inkişafının yeni dövrünün təməli qoyuldu. Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərində Ulu Öndər Heydər Əliyevin təkidi və iradəsi nəticəsində ucaldılan Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin Sizin göstərişinizlə yenidən bərpa olunması, ənənəvi tədbirlərin, Vaqif Poeziya Günlərinin keçirilməsi qayıdışımızın təntənəsinə çevrildi.

Cənab Prezident, Sizin dediyiniz kimi, dünyada ədalət var, sadəcə dözümlü olmaq lazımdır. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə səbirlə, fədakarlıq göstərərək ədaləti bərpa etdi. Biz bu torpaqlara müzəffər xalq kimi qayıtmışıq və əbədi yaşayacağıq.

Möhtərəm Prezident, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Minarə Rəhimova

Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi.

7 sentyabr 2021-ci il


Geri qayıt