• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, tarixi ədalət Azərbaycan xalqının, Ordunun və hakimiyyətin həmrəyliyi, “Dəmir yumruğ”un gücü nəticəsində bərqərar oldu”


Orxan Əliyevdən, 

Möhtərəm cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz və əzmkarlığınız sayəsində torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Azərbaycan xalqı tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşadı. Tarixi ədalət Azərbaycan xalqının, Ordunun və hakimiyyətin həmrəyliyi, "Dəmir yumruğ”un gücü nəticəsində bərqərar oldu. Bəli, Sizin dediyiniz kimi, artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını özündə birləşdirən Qarabağ, həmçinin Şərqi Zəngəzur iqtisadi rayonları var. Qərbi Zəngəzur da bizim tarixi torpağımızdır.

İnşallah, Müzəffər Azərbaycan Ordusu 101 il bundan qabaq Azərbaycandan qoparılan torpaqlarımıza da qayıdacaq.

İndi hər kəs bizi dünyada hərb elminin və texnikasının inkişaf etdiyi bir dövrdə 30 illik işğala son qoyan, əsrlər boyu dövlətimizə, millətimizə qarşı həyata keçirilən faciələrə, haqsızlıqlara biganə qalmayan, tarixin gedişatını dəyişməyə qadir olan Azərbaycan kimi tanıyır. Biz tarixi Azərbaycan torpaqlarını, əsrlər boyu tapdanan haqlarımızı geri qaytarmaq üçün hər an Müzəffər Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırıq.

Son 28 il ərzində yetişən müstəqil Azərbaycan vətəndaşı, gənclərimizdə fəal vətəndaş mövqeyi formalaşdıran, onları vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edən təhsil işçisi, Vətən müharibəsi iştirakçısı olaraq Sizə və ailənizə cansağlığı arzulayıram.

Hörmətlə,

Orxan Əliyev,
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi. 
1 sentyabr 2021-ci il



Facebook-da paylaş