İcra başçısı Bağanıs Ayrım kənd sakinlərinin məskunlaşdığı Şəhidlər Xiyabanı 27 saylı binada olub və onların qayğıları ilə maraqlanıb
Heç kəsə sirr deyil ki, ölkə Prezidenti İlham Əliyevin
yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Həyata
keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır.
Bu gün hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda da vətəndaş mövqeyi hər zaman
əsas götürülür. Qazaxda şəhid
ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün
ailələrinə də daim qayğı ilə yanaşılır. Onları narahat edən məsələlər hər zaman
diqqət mərkəzində saxlanılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı
həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən olduğu kimi icra
edilir. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz
qalan Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara və Aşağı
Əskipara kənd sakinləri ilə mütəmadi olaraq görüşməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə
qayğı ilə yanaşması bunun bariz nümunəsidir. İyunun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi
layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi
Azər Salmanov, layihə üzrə sahə rəisi Toğrul Nərimanov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal
sahəsinin rəisi Alı Hüseynovla birlikdə Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Şəhidlər Xiyabanı 27 saylı binada yaşayan sakinlərlə
görüşüb. Kənd sakinlərinin binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi
ilə bağlı müraciətlərini dinləyib. Sakinlərin qaldırdığı məsələ ilə bağlı fikirlərini
bölüşən icra başçısı onların müraciətinə baxılması və müsbət həll olunması üçün
aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərin istifadə etdikləri suyun sərfiyyatı və
ödənişi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri bu məsələyə də
həssaslıqla yanaşılacağını bildirib. Binada məskunlaşan
sakinlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon
rəhbərliyinə məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Son
illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində
ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət
aldığını vurğulayıblar. Bunun bariz nümunəsi olaraq yaşadıqları binanın əsaslı
şəkildə təmir olunmasını göstəriblər. Binanın dam örtüyünün dəyişdirilməsini,
bloklarının təmir olunmasını, blokların giriş hissəsinə dəmir qapıların qoyulmasını,
təmirə ehtiyacı olan köhnə pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsini,
bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüklərinin
dəyişdirilməsini və digər abadlıq işlərini bu gün də minnətdarlıq hissi ilə
qarşıladıqlarını qeyd ediblər. Müraciətlərinə qayğı ilə yanaşıldığına görə razılıq ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş