Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Bağanıs Ayrım kənd sakinlərinin məskunlaşdığı Şəhidlər Xiyabanı 27 saylı binada olub və onların qayğıları ilə maraqlanıb
İcra başçısı Bağanıs Ayrım kənd sakinlərinin məskunlaşdığı Şəhidlər Xiyabanı 27 saylı binada olub və onların qayğıları ilə maraqlanıb29-06-2021, 22:37 |
Heç kəsə sirr deyil ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır. Bu gün hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda da vətəndaş mövqeyi hər zaman əsas götürülür. Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı ilə yanaşılır. Onları narahat edən məsələlər hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən olduğu kimi icra edilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə mütəmadi olaraq görüşməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə yanaşması bunun bariz nümunəsidir. İyunun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər Salmanov, layihə üzrə sahə rəisi Toğrul Nərimanov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla birlikdə Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Şəhidlər Xiyabanı 27 saylı binada yaşayan sakinlərlə görüşüb. Kənd sakinlərinin binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərini dinləyib. Sakinlərin qaldırdığı məsələ ilə bağlı fikirlərini bölüşən icra başçısı onların müraciətinə baxılması və müsbət həll olunması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərin istifadə etdikləri suyun sərfiyyatı və ödənişi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri bu məsələyə də həssaslıqla yanaşılacağını bildirib. Binada məskunlaşan sakinlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət aldığını vurğulayıblar. Bunun bariz nümunəsi olaraq yaşadıqları binanın əsaslı şəkildə təmir olunmasını göstəriblər. Binanın dam örtüyünün dəyişdirilməsini, bloklarının təmir olunmasını, blokların giriş hissəsinə dəmir qapıların qoyulmasını, təmirə ehtiyacı olan köhnə pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsini, bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüklərinin dəyişdirilməsini və digər abadlıq işlərini bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Müraciətlərinə qayğı ilə yanaşıldığına görə razılıq ediblər. GOYEZEN.AZ Geri qayıt |