İcra başçısı Dəmirçilər kəndində 40 ailənin yaşadığı ərazidə su xəttinin çəkilişinə yerində baxış keçirib
ÖlkəPrezidenti cənab İlham
Əliyevin yürütdüyü dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayanması
bir daha onu söyləməyə əsas verir ki, ölkə başçısının rəhbərliyi altında həyata
keçirilən bütün işlər, uğurla icra edilən layihələr məhz vətəndaş məmnunluğunun
təmin edilməsinə yönəldilib. Ölkə başçısının rəhbər
vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşların
arasında olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə
görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat
edən problemlərə həssaslıqla yanaşılması barədə
aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bunu bir daha onu sübut edir. Dövlət
başçısının vətəndaşlara göstərdiyi qayğı Qazaxda da hər zaman əsas
götürülür. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin
qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bir qrup Dəmirçilər kənd sakininin su ilə
məsələsi ilə bağlı müraciətinə həssas yanaşması, qaldırılan məsələnin müsbət
həllini tapması dediklərimizin bariz nümunəsidir.
Bu
gün rayon rəhbəri Dəmirçilər kəndində olub, vətəndaşların su məsələsi ilə bağlı
müraciətinin nəticəsinə yerində baxış keçirib. İcra
başçısına məlumat verilib ki, vətəndaşların müraciəti əsasında onların yaşadığı
əraziyə ölkə başçısının müvafiq Sərəncamı ilə ötən il qazılmış subartezian
quyusundan 1250 metr məsafədən diametri 63 mm olan plastik boru ilə su xətti çəkilib.
Əlavə olaraq, 5 tonluq su çəni qoyulub ki, bu da 40 ailənin su təminatını
yaxşılaşdıracaq. Kənd sakinlərindən Allahverdi Nəsirov, Gülsüm Orucova onlara
göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına və
müsbət həll olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Sonra rayon rəhbərliyi Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında
olub, uşaqlara göstərilən diqqət və qayğı, körpələr üçün yaradılan şəraitlə, uşaqların
davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə
maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş